Hazırda "Keşlə"də icarədə olan Rəhman Hacıyev mövsüm başa çatandan sonra müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdacaq.
Lakin onun "Neftçi"də qalacağı və ya, yenidən başqa kluba icarə veriləcəyi hələlik məlum deyil. Bununla bağlı yekun qərarı baş məşqçi Samir Abasov verəcək. Qeyd edək ki, Rəhman Hacıyev cari mövsümün əvvəlində icarə əsasında “Keşlə”yə keçib.